«Geely» şirkəti özünün yeni və olduqca qənaətcil sedanını təqdim edib.
FED.az xəbər verir ki, «Galaxy A7 EM» hibrid sedanı bir dəfə yanacaq doldurmaqla 2608,36 km məsafə qət edərək Ginnesin Rekordlar Kitabına düşüb.
Bu, hibrid (PHEV) sedan üçün ən uzun təsdiqlənmiş məsafədir.
«Galaxy A7 EM» Çində 2026-cı ilin aprel ayında təqdim edilib və orta səviyyəli ailə hibridi kimi sayılır. Baza qiyməti 89 800 yuandan (təxminən 12-13 min dollardan) başlayır. «Geely» bu avtomobili təqdim edəndə rəsmi olaraq onun maksimum 2150 km məsafə qət edə biləcəyini iddia etsə də, avtomobil rekord qıraraq bunu xeyli üstələyib.
«Galaxy A7 EM»avtomobili, öz sinfində ən yaxşılarından biri olan təmiz elektrik enerjisi ilə 235 km-ə qədər məsafə qət edən yeni güc aqreqatı ilə təchiz olunub. Batareya boşaldıqdan sonra iddia edilən yanacaq sərfiyyatı 100 km-ə təxminən 2 litr təşkil edir.
Aşağı qiymətinə baxmayaraq, «Galaxy A7 EM» ümumiyyətlə böyük (təkər bazası 2845 mm-dir) və yaxşı təchiz olunmuş sedandır. İnteryerdə 14,6 düymlük displeyə malik Flyme Auto 2 əsaslı məlumat-əyləncə sistemi, 16,6 düymlük ön panel, 16 dinamikli FlymeSound audio sistemi və sürücü və ön sərnişin üçün 14 nöqtəli masaj oturacaqları var.
Avtomobil həmçinin Geely H3-ün adaptiv kruiz-kontrol, magistral yolda sürücülük yardımı və avtomatik dayanacaq daxil olmaqla xüsusi sürücü yardım sistemi ilə təchiz olunub.














