Bu ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət yaradılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90,2 % çoxdur.
Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir
FED.az xəbər verir ki, bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi" (TOBB) məlumat yayıb.
Məlumata görə, I yarımildə yaradılmış şirkətlərin 12-si (illik müqayisədə eyni ) səhmdar cəmiyyət, 104-ü isə (2,1 dəfə çox) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 237,237 milyon türk lirəsi (5,026 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 39,6 % azdır. Bunun 86,4 %-ini və yaxud 204 milyon 930 min türk lirəsini (4,342 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 45,9 % azdır.
Təkcə iyunda Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+2,4 dəfə) yaradıb. Yeni şirkətlərin 2-si səhmdar cəmiyyət (eyni), 15-i MMC (+3 dəfə) olub.
Ümumi kapitalı 22 milyon türk lirəsi (466 min ABŞ dolları; 47,2 % çox) olan ortaq şirkətlərin kapitalının 86,1 %-i və yaxud 18,95 milyon türk lirəsi (401 min ABŞ dolları; 28,7 % çox) azərbaycanlılara məxsus olub. (Report)















