Avto

Bakıda «Skoda»nın 3 yeni modeli – QİYMƏTLƏR, ŞƏRTLƏR 

Bakıda «Skoda»nın 3 yeni modeli – QİYMƏTLƏR, ŞƏRTLƏR  | FED.az
09:51 3 Avq 2020

Skoda Avtomobil Mərkəzi Bakıda 3 yeni modelini – «Skoda Rapid», «Skoda Kamiq» və «Skoda Scala»nı təqdim edib.

Eləcə də bax: “Porsche Azərbaycan” Bakıda - ÇİN AVTOMOBİLİ SATACAQ

FED.az xəbər verir ki, pandemiyaya görə, təqdimat canlı yayımda keçirilib. 

Təqdimatda Skoda Avtomobil Mərkəzinin Satış departamentinin rəhbəri Fikrət Mirzəyev modellər, satış və kredit şərtləri barədə məlumat verib. 

«Skoda Rapid» Azərbaycanda 1 mexaniki və 4 avtomatik sürətlər qutusu ilə olmaqla 5 komplektasiyada təqdim olunacaq. Qiymət Mexaniki ötürücü ilə 22 900 manatdan başlayaraq digər modellərdə 30 min manatadək artacaq. Məsələn, «Ambition+» təchizatla 28 900 manat. 

«Skoda Kamiq» yeni model olaraq - kompakt krossoverdir. Bu model «Fabia»dan hündür, «Karoq»dan isə kiçikdir. «Kamiq» 5 qapılı, liftbek 400 litr həcmli baqajı olan idman stilli maşındır. 

«Skoda Scala» avtomobili də təzədir və C klass hatchback platformasında hazırlanıb. 

QİYMƏTLƏR, ŞƏRTLƏR

«Skoda Avtomobil Mərkəzi»ndən FED.az-a bildirilib ki, 

Skoda "Rapid" modelinin qiyməti 28 900 AZN təşkil edir.

48 aylıq kredit şərtləri ilə bütün xidmətlər daxil ilkin ödəniş 5 420 AZN, aylıq ödəniş isə 738 AZN təşkil edəcək.

Skoda "Scala" modelinin qiyməti 42 900 AZN təşkil edir. 48 aylıq kredit şərtləri ilə bütün xidmətlər daxil ilkin ödəniş 7 852 AZN, aylıq ödəniş isə 1 095 AZN təşkil edəcək.

Skoda "Kamiq" modelinin qiyməti 43 900 AZN təşkil edir. 48 aylıq kredit şərtləri ilə bütün xidmətlər daxil ilkin ödəniş 7 851 AZN, aylıq ödəniş isə 1 095 AZN təşkil edəcək.

Avtomobillərə 3 il və ya 100 000 kilometr tam istehsalçı zəmanəti verilir. 

Digər xəbərlər