Yaponiyanın «Mitsubishi Motors» şirkəti məşhur modeli olan «Pajero»ların istehsalını dayandırmağı qərara alıb.
FED.az xəbər verir ki, buna səbəb satışların aşağı düşməsidir. «Nikkei» qəzetinin məlumatına görə, «Pajero»ların istehsalı 2021-ci ildən dayandırılacaq.
“Porsche Azərbaycan” Bakıda - ÇİN AVTOMOBİLİ SATACAQ
Qarşıdakı 3 il ərzində isə şirkətin Yaponiyadakı «Pajero Manufacturing» zavodu da bağlanacaq. Bu planlar şirketin iyulun 27-də elan ediləcək ortamüddətli strategiyasına daxil edilib.
Qeyd edək ki, sözügedən «Pajero Manufacturing» zavodu Yaponiyanın özü üçün «Pajero» avtomobillərinin istehsalını hələ 2019-cu ildə dayandırıb. Həmin vaxt 700 avtomobillik «Final Edition» tirajı buraxılmışdı.
«Xəzər»in premium versiyası buraxılacaq – İLK DƏFƏ
Hazırda bu zavodda xarici ölkələr üçün «Pajero»lar, eləcə də «Delica» və «Outlander» avtomobilləri buraxılır. Bu zavod bağlanandan sonra «Delica» və «Outlander» modelləri başqa zavodlarda buraxılacaq.
Qeyd edək ki, «Mitsubishi»nin ən tanınmış modellərindən olan «Pajero»lar ilk dəfə 1976-cı ildə Tokio avtosalonunda təqdim edilib, 1982-ci ildən isə satışa buraxılıb. İndiyədək avtomobillərin 4 nəsli buraxılıb. «Pajero»lar «Dakar» ralli marafonunda 12 qələbə qazanıblar. Bu avtomobillərin ən çox satıldığı il 1992-ci il olub – 174 min ədəd. 2000-ci ildə 138 min avtomobil satılıb, sonra isə satışlar azalmağa başlayıb. 2018-ci ildə dünyada cəmi 46 min ədəd «Pajero» satılıb.