“Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ (VÖEN: 1604034521) mühfizə xidmətinin satınalınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Gesco” ASC (VÖEN: 1300664041) olub. Tərəflər arasında 118 min 31 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.
Məlumat üçün bildirək ki, şirkət bu ilin əvvəlindən iyul ayının 7-ə kimi müxtəlif dövlət qurumlarından ümumi dəyəri 16 milyon 423 min manat olan tenderlər udub. Bununla yanaşı, dövlət qurumları şirkətə 2025-ci ildə 23 milyon 123 min manatlıq, 2024-cü ildə isə 4 milyon 952 min manatlıq iş həvalə ediblər.
Ümumilikdə son iki ildə, - yəni 2024-cü ilin may ayının 10-dan bu ilin iyul ayının 7-ə kimi şirkət 44 milyon 498 min manatlıq tenderlərin qalibinə çevirilib.















