Daha əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) şöbə müdiri, eləcə də müxtəlif özəl qurumlarda rəhbər vəzifələrdə fəaliyyət göstərmiş Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, Kənan Səlimov biznes idarəçiliyi üzrə beynəlxalq təhsil alıb. O, İtaliyanın Bolonya Universiteti, Finlandiyanın Tampere Universiteti və Norveçin İnland Universitetində təhsil alaraq, innovasiya və biznes inkişafı sahələrində bilik və təcrübəsini zənginləşdirib.
Peşəkar fəaliyyəti müddətində kommunikasiya, marketinq, strateji idarəetmə və biznes inkişafı istiqamətlərində geniş təcrübə qazanan Kənan Səlimov yeni vəzifəsində İdarə Heyətinin üzvü kimi Pozitiv Psixologiya Mərkəzinin institusional inkişafına, xidmət keyfiyyətinin artırılmasına və mərkəzin strateji hədəflərinin həyata keçirilməsinə rəhbərlik edəcək.
Pozitiv insanın psixoloji və emosional rifahının gücləndirilməsi istiqamətində fəaliyyət göstərən, 9 filialdan ibarət müasir psixoloji xidmət şəbəkəsidir. Mərkəzdə fəaliyyət göstərən peşəkar psixoloqlar, psixoterapevtlər, loqopedlər və digər mütəxəssislər elmi əsaslara söykənən fərdi yanaşma ilə bütün yaş qrupları üçün kompleks psixoloji dəstək və inkişaf xidmətləri təqdim edirlər.





![Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru - [red]TƏYİN OLUNUB[/red] | FED.az](/upload/news/small/2560270.jpg)
![Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru - [red]TƏYİN OLUNUB[/red] | FED.az](/upload/news/small/372097.jpeg)









