Mağazada məhsulun vitrində göstərilən qiyməti ilə kassadakı qiyməti fərqlənərsə, hansı qiymət tətbiq olunmalıdır? Suala Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirib.
Dövlət Agentliyi bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış
FED.az xəbər verir ki, Dövlət Agentliyinin izahına əsasən, məhsulun satış qiyməti piştaxta və ya vitrinlərdə göstərilən qiymət hesab edildiyindən, istehlakçılarla hesablaşmalar məhz həmin qiymətə uyğun aparılmalıdır.
Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması kimi qiymətləndirilir.















