Azərbaycanda Rusiyanın ən populyar avtomobil modeli olan «Niva Lada»ların satış şərtləri dəyişib.
FED.az xəbər verir ki, Bakıda Rusiya istehsalı olan «LADA» avtomobillərinin rəsmi satış distributeri olan «Xəzər Lada» şirkəti avtomobillərin lizinqlə satış qaydalarında yenilik edib.
Eləcə də bax: Azərbaycanda «Lada»ların satışı kəskin artıb - TƏKCƏ «NİVA» DEYİL
Şirkətdən bildirilib ki, indiyədək «Lada»lar daxili lizinqlə satılırdısa, indi bu iş ayrıca lizinq şirkətinə ötürülüb. Nəticədə əhəmiyyətli dəyişiklik «Niva Urban» avtomobillərinin satış şərtlərində baş verib. Əvvəla, avtomobilin özünün qiymətində bir qədər artım olub – 14500 manatdan 17600 min manata yüksəlib. Özü də bu ağ «Niva»lara aiddir. Başqa rəngli avtomobillər 200 manat bahadır.
Satış şərtlərinə gəlincə, əvvəllər «Niva Urban»lara görə, ilkin ödəniş 4800 manat təşkil edilir və avtomobilləri 48 aylıq lizinqə verilirdisə, indi ilkin ödəniş 7900 manata qaldırılıb, lizinq müddəti isə 36 aya endirilib. Nəticədə aylıq ödəniş 485 manat təşkil edir.
«Niva»larla yanaşı, «Xəzər Lada»nın satdığı digər avtomobillərin də satış şərtləri bu formada dəyişib.