Üç ay ərzində Bakıya yeni “London taksi”ləri gətiriləcək.
Artıq bu taksilərin sifarişi verilib. Hazırda taksilərdən biri nümunə üçün ölkəmizdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” MMC Bakıya nümunə olaraq müasir standartlara cavab verən 1 ədəd “London taksisi” gətirib.
Eləcə də bax: Bakıda bütün taksilərdə - GEDİŞ HAQQI EYNİ OLACAQ
FED.az xəbər verir ki, Türkiyə təcrübəsi əsasında bu ənənəni genişləndirən vasitəçilərdən biri isə Türk Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaraoğludur. O, BAKU.TV-yə açıqlamasında bildirib ki, yaxın zamanda elektromobil sektorunun Türkiyə və Azərbaycanın birgə çalışması nəticəsində inkişaf edəcək:Elektromobil – bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil atmosferə ziyan vurmadan fəaliyyət göstərir.
“Bütün müşahidələrə əsasən demək olar ki, əslində benzin və dizelli vasitələr də istifadə olunmağa davam edəcək, amma elektrikli vasitələr də çox sürətlə yayılacaq. Bu yayılma müddətində Türkiyən və Azərbaycanın dünya nəzdində, xüsusən də inkişaf etmiş ölkələrdə söz sahibi olması çox önəmlidir”.
Qeyd edək ki, bir müddət əvvəl “AvtoFM” radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli taksi fəaliyyəti üzrə tariflərin müəyyənləşəcəyini bildirmişdi.
O bildirib ki, bütün dünyada taksilərin gecə və gündüz tarifləri var:
“Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər”.
Ekspertlər isə taksi xidmətləri zamanı vahid tariflərin müəyyənləşməsinin effektiv olmayacağını düşünürlər.
Nəqliyyat eksperti Məzahir Rüstəmov açıqlamasında bildirib ki, taksi xidməti zamanı tariflərin müəyyənləşməsi yalnız kimlərinsə marağına səbəb olan amillərdən irəli gəlir:
“Bu sahədə monopoliya yaratmaq lazımdır. Digər daşıyıcı şirkətlərə və vətəndaşlara diktə etmək lazımdır ki, vahid qiymətlə işləsinlər. Bu da azad rəqabətə kölgə salmaq deməkdir”.
Bəs taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasının hansı şərtlər və meyarlarla tənzimlənəcəyi sual doğrurur.
Yaranan suallara cavab tapmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarovaya müraciət etdik. O, açıqlamasında bildirdi ki, bu sahədə yeniliklər tətbiq ediləndən sonra təsadüfi insanlar taksi xidməti ilə məşğul ola bilməyəcəklər.
“Ümumilikdə taksi minik avtomobillərilə sərnişindaşınma fəaliyyəti göstərilməsi elə təəssürat yaradıb ki, sanki maşını olan istənilən vətəndaş bu işlə məşğul ola bilər. Təəssüflər olsun ki, bu işlə məşğul olanların arasında bu sahəyə ikinci iş kimi baxan şəxslər çoxdur. Taksi minik avtomobillərilə sərnişindaşınma fəaliyyət növü Azərbaycan Respublikasının müvafiq bir neçə qanunu ilə tənzimlənir; Avtomobil nəqliyyat haqqında qanunla, Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması haqqında qanunla, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi və s.
Lisenziya ləğv olunandan sonra fərqlənmə nişanı verilməklə sahibkarlar qeydiyyata alınır. Bu yetərli deyil.
Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni layihə işləyib hazırlayıb. Bu layihə hökumətə təklif edilib.
Burada sahibkarlığa icazə, sahibkarlığa buraxılış, biznesə giriş və s. kimi adlandırılacaq. Bu fərqlənmə nişanını da özündə birləşdirən qaydalar toplusu olacaq. Bu qaydalar istənilən avtomobili olan şəxsin təkcə fərqlənmə nişanını almaqla, yəni vergini ödəməklə kifayətlənməyəcək. Həmin şəxsin qeydiyyata alınması üçün onun nəqliyyat vasitəsi göstərilən qaydalara uyğun olmalıdır. Maşın göstərilən istismar müddətinə uyğun olmalıdır. Sürücünün yola çıxmazdan əvvəl tibbi, avtomobilin isə texniki müayinədən keçməsi üçün həmin sahibkarın bazası olmalıdır.
Bunun üçün müvafiq şərtlər tətbiq ediləcək. Eyni zamanda Daxili İşlər Nazirliyilə birgə rəsmi fəaliyyət göstərən bütün taksi xidmətlərilə bağlı bazaya işlənmə prosesi gedir. Yəni sürücü bazası hazırlanır.
Qeyri rəsmi taksi fəaliyyəti göstərənlərin də aidiyyətli qurum tərəfindən dərhal müəyyən edilib cəzalandırılması daha rahat olacaq”.
Qurum rəsmisi bildirib ki, bunun üçün taksi xidmətinin bazası hazırlanmalıdır:
“Hələlik bu, pərakəndə şəkildədir. 40 min taksi fəaliyyət göstərir. Onlardan region üzrə 17 mini var. Cəmi 3800-ü rəsmidir, 13270-i isə qeyri-rəsmidir. Əvvəlcə qeyri-rəsmiləri rəsmi şəkildə qeydə salmaq lazımdır. Onların arasından da fərqlənmə nişanı alanlara ümumi nəzər salmaq lazımdır. Hələlik vahid tarif məsələsi gündəm deyil.
Bakı şəhərini çıxmaq şərtilə, digər şəhər və rayonlarda ümumilikdə 5 minə yaxın taksi ehtiyacını ödəmiş sayıla bilər. Bununla əlaqədar olaraq tənzimləmə işləri aparılacaq.
Bakı şəhəri istisna olmaqla ölkənin digər şəhər və rayonlarında ümumilikdə 1495 fiziki şəxs mövcuddur.
Onlarda 13-ü hüquqi şəxs olmaqla 1508 daşıyıcı tərəfindən 3730 avtomobil taksi fəaliyyəti göstərir. Regionlarda və Bakıda hüquqi şəxs azlıq təşkil göstərir”.
BAKU