Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-oktyabr aylarında 441.2 milyon manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: Azərbaycana elektrikli təzə avtomobillərin idxalı gömrük rüsumundan - AZAD EDİLİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə DSK bildirir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3.2 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81.7 faiz, maşın və avadanlıqların istehsalı isə 45 faiz artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında 1634 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd az (13.9% azalma) minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8.4 faiz azalıb.