Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında hər il mayın 5-də birinci çay yığımı bayram kimi qeyd olunur.
FED.az xəbər verir ki, builki məhsul yığımı kampaniyasına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnkişaf Könüllüləri də qoşulublar. Könüllülər ilk dəfə olaraq çaybecərən qızlarla birlikdə nübar çay məhsulu yığımında iştirak etməklə bərabər, yaşıl çay yarpağının emalı prosesi ilə də yaxından tanış olublar.
Eləcə də bax: Lənkəranda çəltik əkininə başlanılıb
“Yaşıl çay” MMC-nin direktoru Araz Yaqubov jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, fermer təsərrüfatının ümumilikdə 70 hektar çay sahəsi var. Bu il 50 hektar çay plantasiyasında yaşıl çay yarpağı yığılacaq. Yığılan çay məhsulu təsərrüfatın çay emalı və qablaşdırma sexində emal ediləcək. Bu il plantasiyalarda bol məhsul var. Hər hektardan 5 ton məhsul gözlənilir.