"Emre Piliç Gida San. və Tic. Ltd. Şti" (Türkiyə), "Siyazan Broyler" ASC və fiziki şəxs Mürvət Həsənli arasında iki il ərzində davam edən məhkəmə çəkişməsi qarşılıqlı şəkildə maddi iddiadan imtina etməklə başa çatıb.
"Emre Piliç Gida San. və Tic. Ltd. Şti" (Türkiyə) şirkəti "Siyazan Broyler" ASC-dən satdığı yumurtlayan toyuq və damazlıq yumurtalara görə 19 283 778 dollar tələb edirdi. "Siyazan Broyler" fabriki türkiyəli tədarükçüyə qarşı 35 126 234 dollar və 374 544 manat məbləğində qarşılıqlı iddia ilə çıxış edib. Paralel məhkəmə prosesində "Emre Piliç" və Mürvət Həsənli arasında mübahisəyə baxılıb. Türkiyə şirkəti fərdi sahibkardan 6 mln. dollar, o isə iddiaçıdan 4,8 mln. dollar tələb edirdi. Bu proseslə bağlı tərəflər barışıq razılaşması imzalayıb.