Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı məhsullarının satışı mərkəzinin yaradılmasına başlanılıb.
FED.az xəbər verir ki, yaxın zamanlarda Sumqayıt şəhər 53-cü məhəllə ərazisində kənd təsərrüfatı məhsullarının satışı mərkəzi istifadəyə veriləcək. Hazırda mərkəzin tikintisi davam etdirilir. Burada satıcıların öz mallarını rahat təqdim etməsi və alıcıların daha rahat hərəkəti üçün lazımı şərait yaradılır.
2 hektar ərazidə yaradılacaq mərkəzdə ətraf rayonlardan olan 700 sahibkarın öz kənd təsərrüfatı məhsullarını satışa çıxartmaq imkanı əldə edəcək.