Bu ilin ilk yarısında şərabçılıq məhsullarının və digər spirtli içkilərinin istehsalçıları ixracdan 15 milyon dollardan çox gəlir əldə edib, bu da 2018-ci ilin analoji dövründən 2,2 dəfə çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Eləcə də bax: "Şərabların 85%-i Rusiyaya ixrac olunur, bu, qorxulu rəqəmdir" - AÇIQLAMA
2019-cu ili yanvar-iyun aylarında alkoqollu içkilərin ixrac həcmi 5 milyon litri ötüb. Onun təxminən 1 milyon litri şüşələrə doldurulmuş üzüm şərablarının payına düşür. Ötən il bu göstərici 1,5 milyon litri ötüb.
Marja.az