Sentyabrın 28-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 46 min 194,74 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən bir gündə 4 min 331,12 ton pambıq yığılıb. Məhsul yığımında Saatlı rayonu öndə gedir. Rayon pambıqçıları indiyədək 9 min 78,40 ton məhsul təhvil veriblər. İlk beşliyə Biləsuvar (5425,67 ton), Sabirabad (5211,99 ton), Beyləqan (3382,56 ton), Ağcabədi (3357,14 ton) rayonları daxildir.
FED.az Dövlət Statistika Komitəsinin pambıq tədarükünə dair operativ məlumatını sizə təqdim edir.
http://fed.az/home/getfile/38502