Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsindən pomidor tədarükünə icazə verəcək.
FED.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Şəmkirdə istixana sahibləri: «Elə bilirlər milyon qazanırıq, müflis olub getmişik» - POMİDOR BİZNESİ
Bildirilib ki, qərar video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.
Qeyd edək ki, “Rosselxoznadzor” ötən ilin dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqqında qərar verib. 2021-ci ildən isə qurum müntəzəm olaraq Azərbaycanın bir sıra müəssisələrindən pomidor və alma idxalını bərpa edib.
Şəmkirdəki parniklər bağlanır: «Qaz pulunu ödəyə bilmirik» - SAHİBKARLARDAN ETİRAZ
İndiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən həmin ölkəyə məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288 min 414 ton təşkil edir ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 faizini təşkil edir.
Şəmkir rayonunda tenderləri hansı şirkətlər udur? - MƏBLƏĞLƏR - SİYAHI
Pomidorların ixracına icazə verilən şirkətlər aşağıdakılardır:
- Yusifov Əli Gürşad oğlu (Abşeron rayonu);
- Babayev Ələmdar Qənimət oğlu (Şabran rayonu);
- Məmmədov Mirzə Allahverdi oğlu (Şəmkir rayonu);
- Məşədiyev İlqar Mollağa oğlu (Sabunçu rayonu);
- «AGRO RED» MMC (Sabunçu rayonu);
- Rüstəmov Kəramət Şəmməd oğlu (Şəmkir rayonu);
- Məhərov Arif Məhər oğlu (Şəmkir rayonu);
- Hüseynov Nüsrət Clil oğlu (Şəmkir rayonu);
- İsmayılovaTünzalə Ərəstun qızı (Abşeron rayonu);
- Nəzərov Tahir Qurban qızı (Salyan rayonu);
- Əhmədov Əli Əhmədağa oğlu (Nəsimi rayonu);
- Cəfərova Bənövşə Əkbər qızı (Samux rayonu);
- Əmirov Mətin Yaşar oğlu (Nərimanov rayonu);
- «AZ-ROZA» MMC (Binəqədi rayonu);
- Bayramova Kəmalə Oruc qızı (Şəmkir rayonu);
- Hüseynov Tahir İslam oğlu (Şəmkir rayonu);
- Məmmədov Murad Rüstam oğlu (Salyan rayonu);
- Hümbətli Turab İlqar oğlu (Tovuz rayonu);
- Hüseynov Cavid Əlsəf oğlu (Salyan rayonu);
- Hüseynov Ələskər Qurban oğlu (Şəmkir rayonu);
- «Azfrut» MMC (Yasamal rayonu);
- Məlikov Səxavət Siyasət oğlu (Şəmkir rayonu);
- Məlikov Royal Elman oğlu (Şəmkir rayonu);
- Əkbarov Sahil Abdulla oğlu (Şəmkir rayonu);
- Məmmədov Qərib Allahverdi (Şəmkir rayonu);
- «Buta Agro» OOO (Sumqayıt şəhəri);
- Əliyeva İradə Zülfü qızı (Abşeron rayonu);
- Əliyev Şahin Şaxin Pirəli oğlu (Bakı şəhəri);
- Qurbanov Rasim Əliş (Şəmkir rayonu);
- «Cənub Aqropark» MMC (Sabail rayonu).