Kənd Təsərrüfatf Nazirliyi əkinçilik və heyvanlarlıqmla məşğul olan fermerlər üçün subsidiyaların yeni məbləğini və verilməsi mexinazmini açıqlayıb.
FED.az xəbər verir ki, bununla bağlı təşkil edilən tədbirlə Kənd Təsərrüfatı Nazirinin müavini İlhamm Quliyev bildirib ki, nazirliyə subsidiya üçün müraciət edən fermerlərin təqdim etdiyi məlumatda səhvlər aşkar edilsə, bununla bağlı tədbirlər görüləcək.
Səhvin dərəcəsindən asılı olaraq fermerlərə verilən subsidiyanın məbləği azaldılacaqn və ya o müəyyən müddətə sübsidiya almaqdan məhrum olunacaq.
Nazir müavininin sözlərinə görə, əkinçilik sahəsində fermerlərin təqdim etdiyi məlumatlar reallıqjan 5%-dən fərləndikdə subsidiya xəta hissəsi çıxılmaqla, real vəziyyətə uyğun ödəniləcək.
Təqdim edilən məlumatda xəta 5-20% arasında olarsa, subsidiya 30% azaldılacaq, yəni mövcud olan sahəyə hesablanmış 30% az subsidiya təqdim ediləcək.
Təqdim edilən məlumatda xəta 20-50% arasında olarsa, həmin şəxs 1 il müddətinə subsidiya almaq hüququnu itirəcək, xətanın həcmi 50%-dən artıq olanlar isə iki il subsidiya almayacaqlar.
Oxşar qaydaolar heyvandarlıq sahəsində də tətbiq ediləcək. Belə ki, 10%-dək xətası olan fermerlərə subsidiya xəta çıxılmaqla veriləcək, 10-30% xəta edən fermerlərə subsidiya bir il müddətində verilməyəcək. Bundan artıq təhrifə yol verən fermerlərə isə subsidiya isə iki il müddətində verilməyəcək.