"Azərşəkər” MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından ilk dəfə məhsul yığılıb.
Azərbaycan Avropaya - Nar İxrac Etməyi Planlaşdırır
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) FED.az-a bildirilib ki, indiyədək 133 ton məhsul satışı həyata keçirilib. Bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb. Məhsul satışından əldə olunan gəlirin bir hissəsi "YAŞAT" Fonduna ianə ediləcək.