Aqrar

Pambıq zavodları pullarını sayırlar - 100 MİLYON DOLLAR GƏLİR

Pambıq zavodları pullarını sayırlar - 100 MİLYON DOLLAR GƏLİR | FED.az
20:17 15 Avqust 2019

Cari ilin yeddi ayında Azərbaycandan 58 min 754 ton pambıq lifi və 7 min 104 ton pambıq ipliyi ixrac olunub.

ELƏCƏ DƏ BAX: Sumqayıtda kənd təsərrüfatı məhsullarının satışı mərkəzi yaradılır - FOTOLAR

 

FED.az xəbər verir ki, bu barədə tda kDövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Yanvar-iyul aylarında ixrac edilən pambıq lifinin dəyəri 83 milyon 104 min, pambıq ipliyinin dəyəri isə 17 milyon 330 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 45 milyon 198 min dollarlıq 29 min 600 ton pambıq lifi, 12 milyon 422 min dollarlıq 4 min 968 ton pambıq ipliyi ixrac edilib.

Digər xəbərlər