Naxçıvan Muxtar Respublikasında ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kredit verilib.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, hazırda Naxçıvanda 70 min 537 arı ailəsi var.
Məlumata görə, bu da 1996-cı illə müqayisədə 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9056-sı Şərur, 9736-sı Babək, 13573-ü Ordubad, 13710-u Culfa, 1607-si Kəngərli, 20195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2015-i isə Naxçıvan şəhərinin payına düşür.
Komitədən bildirilib ki, muxtar respublika arı ailələrinin sayı göstəricisinə görə ölkə üzrə ilk yerdə qərarlaşıb.
2016-cı ildə Naxçıvanda 1403 ton bal istehsal olunub. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.