“Azərbaycanın bütün regionlarında bruselyoz xəstəliyi yayılıb”.
Eləcə də bax:AKİA 719 fermerin 82 milyonluq aqrobiznes layihələrini dəstəkləyib
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi bildirib.
"Vəziyyəti düzəltmək üçün heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma hələ ki, xəstəliyin azaldığı müşahidə edilmir”, - deyə o, qeyd edib.
Nazirlik nümayəndəsi xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də bruselyoz xəstəliyinin miqyası genişlənir.