Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan «Aqrokimya Azərbaycan» şirkəti 2017-ci ilin avqust ayında pestisid zavodunu işə salmağı planlaşdırır. Bu barədə jurnalistlərə şirkətin nümayəndəsi Əli Arman Kabakçıoğlu məlumat verib.
«Biz zavodun inşasına ötən ilin yanvarında başlamışıq və bu ilin avqustunda onu işə salmağı planlaşdırırıq», - deyə o bildirib.
Nümayəndənin sözlərinə görə, bu, ölkədə yeganə, regionda isə ən iri pestisid zavodu olacaq.
Zavodda ildə 57 min ton maye və 13 min ton toz halında pestisid istehsal ediləcək.
Layihənin dəyəri 24,1 mln. manat təşkil edir.