Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru işdən çıxarılıb.
FED.az-ın Mərkəzi Aran bürosunun məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.
Eləcə də bax: “Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbərliyinə - YENİ TƏYİNAT OLUB
Mətləb Ağakərim oğlu Kərimov öz ərizəsi əsasında vəzifəsindən azad olunub.
Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
Report.az