Məşhur innovasiya eksperti Cim Karol (ing. Jim Carroll) əvvəlki illər kənd təsərrüfatı sahəsində çoxlu səhvlərə yol verdiyini söyləsə də, lakin indi artıq bu sahə barədə dolğun təsəvvürə malik olduğunu qeyd edir. Karol həmçinin bildirir ki, onun kənd təsərrüfatı sektoru üzrə çoxlu sayda müştəriləri var və bu siyahıya Farm Media jurnalı, FMC Agriculture, Texas Cattle Feeders Assosiasiyası, ABŞ FCC Services (Kənd Təsərrüfatı Kreditləşmə Kooperativi), MicroBeef Technologies, Kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə Orta Amerika Assosiasiyası, FarmTech, AgProgress Konfransı, Agricorp, Colorado CattleFeeders Assosiasiyası, CropLife Canada, ABŞ Kənd Təsərrüfatı Departamenti, Amerikanın Agriwoman Cəmiyyəti, Syngenta, Amrika Ətraf Mühit və Uşaq Bağçası Assosiasiyası, Monsanto kimi qruplar daxildir.
Cim Karol kənd təsərrüfatı sferası ilə bağlı rezonans fikirlərini səsləndirmiş və kənd təsərrüfatındakı vəziyyəti aşağıdakı şəkildə gördüyünü qeyd etmişdir.
Cim Karol kənd təsərrüfatı sferası ilə bağlı rezonans fikirlərini səsləndirmiş və kənd təsərrüfatındakı vəziyyəti aşağıdakı şəkildə gördüyünü qeyd etmişdir.
- Qidaya olan tələbatın kütləvi şəkildə artması
Britaniya Qida və Kənd Təsərrüfatı Assosiasiyası güman edir ki, dünya əhalisinin sayı 2050-ci ildə 47% , yəni 8.9 milyardadək artacaqdır. Bu, potensial baxımdan nəhəng qida bazarıdır. Bu fakt kənd təsərrüfatı sənayesinin potensial imkanlarla zəngin olması reallığına dəlalət edir.
- Effektivliyin, səmərəliliyin davamlı artımı
Aydın məsələdir ki, qlobal kənd təsərrüfatı bu cür əhali artımına tab gətirə bilməkdən ötrü növbəti 30 il ərzində iki dəfə artacaqdır. Bunu real şəraitdə də yoxlamaq olar: dünyada çox az yeni əkin sahələri vardır. Qarşıda duran vəzifə ondan ibarətdir ki, mövcud istehsalçılar əhalinin tələbatlarına cavab verməkdən ötrü daha ağıllı, daha yaxşı və daha effektiv artım üzərində fikir cəmləməli olacaqlar.
- Hiperelm
Bizim olduğumuz sonsuz sayda ideyalar zəncirinin reallıqlarından biri odur ki, 19 milyon məlum kimyəvi maddələrin mövcud olmasına baxmayaraq, onların sayı hər 13 ildən bir müntəzəm olaraq iki dəfə artır. Bu rəqəmin 2025-ci ilə təxminən 80 milyona, 2100-cü ilə isə 5 milyarda çatması gözlənilir. Elm dəhşətli dərəcədə sürətli templərlə inkişaf edir. Kənd təsərrüfatının kökləri ilə bağlı elm sayəsində də həmçinin təkmilləşən məhsulların və heyvandarlıqdan alınan məhsuldarlığın daim, davamlı yeni metodlarını görmək və müşahidə etmək imkanımız olacaqdır.
- İnnovasiya uğuru müəyyən edir
Əsas dəyər qismində innovasiya üzərində fokslanan istehsalçıları uğur gözləyir. Onların innovasiyaları artım, effektivlik və yeni elmin qida qəbulu üzrə üçlü xüsusiyyət üzərində fokslanmışdır. Bu isə onların inkişaf elətdirməyə çalışdıqları yeni metodların, məhsulların, əməkdaşlıqların və ideyaların mənimsənilməsi yolu ilə mümkün olacaqdır.
- Riteyl (pərakəndə satış) və qablaşdırma üzrə innovasiyalar kənd təsərrüfatı qərarlarına təsir edən aparıcı qüvvələrdir
Dediyimiz bu üsulu sınayın: banana gözünüzü zilləyin. Heç siz Chiquita bananının məhsulun ömrünü iki dəfə artıran xüsusi membrandan (bağlama vasitəsilə qazlar axınını tənzimləyən) ibarət olduğunu bilirdinizmi? Naturepops-a baxın: hər bir nabat tamamilə bioparçalanan qablaşdırmada bağlanmış çubuqdan ibarətdir və onların gətirildiyi qutular isə yenidən emal edilmiş kağızlardan, su əsaslı mürəkkəbdən, kraxmaldan düzəldilmiş polilaktik turşudan düzəldilir. Bu isə o deməkdir ki, hər bir məhsulun kənd təsərrüfatı trendlərinə bilavasitə təsir edəcək bağlaması və ya qablaşdırması vardır.
- İntellektual qablaşdırma ideyası və məhsulun mahiyyəti
Qablaşdırmanın mühüm rol oynaması ilə yanaşı, bu proses həmçinin məhsul növünün harmoniyası ilə də üst-üstə düşməlidir. Yəni bu, qablaşdırma ilə qida məhsuluna olan tələbat arasında qarşılıqlı əlaqənin yaranmasına xidmət edəcək.
- Energetik imkanlar
Biz əsas enerji mənbələri hesab etdiyimiz neft və qazdan yaxın gələcəkdə uzaqlaşacağımıza görə kənd təsərrüfatı üçün yeni imkanlar açılacaq və bu sahə böyük rol oynayacaqdır. Hazırda alternativ enerji mənbələrindən istifadənin dünya üzrə 1% olmasına baxmayaraq, ABŞ-ın Energetika Departamenti 2020-ci ilədək bu faizin 5%-ə çatacağını hesab edir. Avropada isə 2020-ci ilə qədər bioyanacaq istifadəsinin 20%-ə çatacağı bazarın olması güman edilir.
- Rahatlıq və sağlamlıq diqqət mərkəzində olacaqdır
İstehlakçı zövqündə və gözləntilərində sürətli dəyişiyin olacağı gözlənilir. Xüsusilə də insanların sağlam qida məhsullarına müraciət etməsində artım və nəzərəçarpan dəyişikliyin olacağı gözlənilir.
- İstehsalçı-istehlakçı arasında birbaşa əlaqələrin artması
İnsanlar istifadə etdikləri məhsullarla bağlı çox maraqlandıqları üçün onların məhsul istehsalçıları ilə şəxsi əlaqəsinin qurulmasında nəzərəçarpan artım baş verir.
- Nəslin transformasiyası
Ola bilsin, ən böyük trend məhz yeni gənc nəslin ailə fermasına çerilməsinə dəlalət edən dezurbanizasiyadır ki, biz də bunun şahidi olacağıq.
- Partnyorluq (əməkdaşlıq) uğuru müəyyən edir
Sizin bağlı olduğunuz hər bir sənaye sahəsində elə bir insan və ya təşkilat tapa bilməzsiniz ki, hər şeyi bilsin. Bu tendensiya həmçinin kənd təsərrüfatı sahəsində də geniş şəkil alır. Məhz bu səbəbdən biz sürətli dəyişikliklər və innovasiyalar üzündən meydana gələn böyük çətinliklərin öhdəsindən birgə gələcək istehsalçılar və patnyorlar, təchizatçılar, alıcılar, riteylerlər və bütün digərləri arasında artan əməkdaşlıqları görə və onların şahidi ola biləcəyik.
Bunlar sadəcə sadaladığımız 11 tendensiyadır, lakin sənayedə çox sürətlə baş verən dəyişikliklərin sayı artdıqca bu sahədəki tendensiyaların da sayı artacaqdır.
Mənbə: www.jimcarroll.com
Bunlar sadəcə sadaladığımız 11 tendensiyadır, lakin sənayedə çox sürətlə baş verən dəyişikliklərin sayı artdıqca bu sahədəki tendensiyaların da sayı artacaqdır.
Mənbə: www.jimcarroll.com