Azərbaycan südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafında Niderlandla əməkdaşlığa hazırdır. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Niderlandda işgüzar səfərdə olan H.Əsədov niderlandlı həmkarı Martijin van Damla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin saytında yer alan məlumata görə, sözügedən görüşdə nazir Azərbaycan tərəfinin kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderlandla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Martijin van Dam Azərbaycanla kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşılığa hazır olduğunu qeyd edib.
H.Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib.
Xatirladaq ki, Kənd Təsərrüfatı Naziri Heydər Əsədov oktyabr ayının 25-dən Niderland Krallığında rəsmi səfərdədir.
Səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləş- dirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfaıtının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə müdadiləsinin aparılmasıdır.