Keçən il İsmayıllı rayonunda heyvan sahiblərindən 1246 nəfərinə süni mayalama yolu ilə alınmış 1681 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 168 min 100 manat subsidiya verilib.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a istinadən verdiyi məlumata görə, cins tərkibi yaxşılaşdırılmış buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.
ELƏCƏ DƏ BAX: Quzu əti bahalaşdı – SƏBƏB
Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.
Buzova görə 168 min alıblar - AÇIQLAMA
19:08
4 Yan 2019