Buxarest Bakı ilə turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.
"Azərbaycanın turizm və kənd təsərrüfatı sahələrində böyük potensialı var və turistlər, investorlar tərəfindən qiymətləndirilməlidir”, - deyə o, bu gün Bakıda keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin quruludğu 25 il ərzində əməkdaşlıq sahələri genişlənib. "Bu gün biz təhsil kimi sahələrdə də əlaqələri inkişaf etdiririk”, - deyə D.Yanku qeyd edib.
O, həmçinin deyib ki, keçən il iki ölkə arasında əmtəə dövriyyəsi $170 mln. təşkil edib. "Hazırda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının 5-ci iclasının təşkili üzərində iş gedir”, - deyə diplomat əlavə edib.
Interfax©