Bu gündən Azərbaycandan ixrac olunan buğdanın hər tonuna tətbiq olunan 200 dollar gömrük rüsumu ləğv olunur.
Eləcə də bax: Gön və dəri məhsulları üçün ixrac gömrük rüsumu - 3 Dəfə Azaldılıb
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarına əsasən, mayın 1-dək Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunub.
Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq edilib.
Bu gündən isə bu qərar qüvvədən düşür. (Apa)