"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakıda ongünlük qış yarmarkası təşkil ediləcək".
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında bildirib.
Eləcə də bax: Bakıda 5 nöqtədə bayram yarmarkası - TƏŞKİL OLUNACAQ
Onun sözlərinə görə, qış yarmarkaları dekabrın 21-dən başlayaraq Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeron rayonlarında təşkil ediləcək: "Builki yarmarkada kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əyləncəli proqramlar da olacaq".