Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə Subregional Ofisi, FAO-nun Türkiyə Nümayəndəliyi və Azərbaycandakı Nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində regional seminar baş tutub.
Bu il ciddi ərzaq qıtlığı - PROQNOZLAŞDIRILIR
FED.az xəbər verir ki, seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandan rəsmi şəxslər bir araya gəlib.
Tədbir zamanı sessiyalarda kənd təsərrüfatı, meşə təsərrüfatı, təbii sərvətlər, səhralaşma, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılmasına dair birgə fəaliyyətlər müzakirə olunub. Seminarda, FAO-Türkiyə Tərəfdaşlıq Proqramının həyata keçirildiyi benefisiar ölkələrdəki kənd təsərrüfatı, qida və təbii ehtiyatların idarə edilməsi sahələrində mövcud məsələlərə toxunulub.
Türkiyə ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının (FAO) uzunmüddətli tərəfdaşlığı nəticəsində Mərkəzi Asiya və Qafqazda olan benefisiar ölkələr kənd təsərrüfatının, qida və təbii ehtiyatların düzgün idarə edilməsinə dair böyük töhvələr əldə edib. Qeyd edək ki, Proqram çəçivəsində regionda yer alan ölkələrlə yanaşı Azərbaycanda da bir neçə layihə həyata keçirilir. Bu günə qədər proqramın əhatə dairəsi yeni ölkələrin iştirakı və yeni mövzuların daxil edilməsi ilə Türkiyənin Proqrama ümumi töhfəsi 30 milyon ABŞ dollarına çatıb. Hazırda proqram iki moduldan ibarətdir: FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramı və FAO-Türkiyə Meşə Tərəfdaşlığı Proqramı. Proqrama balıqçılıq, meşə təsərrüfatı, ərzaq təhlükəsizliyi, qida təhlükəsizliyi, ərzaq itkisi və tullantıları və digər geniş mövzuları əhatə edən 19 layihə daxildir.
Seminarın əsas məqsədi tərəfdaş ölkələr və müxtəlif müvafiq auditoriyalar arasında proqramlar çərçivəsindəki layihələr haqqında məlumatlılığın artırılması olub. Seminar məruzəçiləri, mütəxəssisləri və iştirakçıları proqram çərçivəsində həyata keçirilən layihələrin məqsədlərini, fəaliyyətlərini və nailiyyətlərinin müzakirəsi üçün bir araya gətirib. Seminarda proqramların cari fəaliyyətinə nəzər yetirmək və təcrübələrin müzakirəsi ilə yanaşı növbəti atılacaq addımlar da müzakirə mövzusu olub.
Açılış sessiyasında çıxışçılar benefisiar ölkələrdə proqramın qida və kənd təsərrüfatı sektorlarının inkişafındakı rolunu vurğulayıblar. Bundan əlavə, Türkiyə hökümətinin layihələrə verdiyi töhfələrə görə minnətdarlıq ediblər.
Seminarın ilk sessiyasında FAO-nun Türkiyə və Azərbaycan Nümayəndələrinin rəhbər müavinləri ölkələrdə qida sistemləri, təbii ehtiyatlar, potensialın yaradılması və dayanıqlı inkişafla bağlı prioritet məsələləri müzakirə etdilər və daha sonra proqramın nəaliyətlərinə dair təqdimat baş tutub. Bundan əlavə, sessiyada planlaşdırma və proqram koordinasiyasının əməkdaşı Erzsebet İlles Tərəfdaşlıq Proqramının FAO-nun yeni Strateji Çərçivə sənədinin həyata keçirilməsinə necə töhfə verdiyini izah edib.
İkinci sessiya benefisiar ölkələrin hökumət nümayəndələri tərəfindən təqdim olunan bir sıra təqdimatlar üzrə Proqramın davamlılığına dair məsələlər işıqlandırılıb.
Seminarın ikinci hissəsi panel iclaslarından ibarət olacaq.
Sonuncu panel sessiyasında Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan mütəxəssislər regional kommunikasiya strategiyaları və proqramların nailiyyətlərinin təbliğatına dair məsələlər müzakirə olunacaq.