Bu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyub.
FED.az-ın məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan bu ölkələrə fındıq və meyvə-tərəvəz ixrac edəcək - RAZILAŞMA
Pomidor ixracından 145 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Bu siyahıda qızıl (93 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon ABŞ dolları) üçüncü olub.