2016-ci ilin doqquz ayı ərzində Azərbaycanın ixrac etdiyi malların 31,9 faizi aqrar məhsullarının payına düşür. Bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Bakıda keçirilən "Qeyri-neft ixracı: günün çağırışları və yeni imkanlar" konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın aqrar məhsullarının təxminən 90 faizi Rusiyaya çatdırılır.
Bununla yanaşı, nazir müavini qeyd edib ki, əgər 2010-ci ildə kənd təsərrüfatı məhsullarının ixracının strukturunda meyvə-tərəvəzin payı yalnız 31 faiz idisə, indi bu göstərici 80-90 faizə çatıb.