Azərbaycanın "9 iqlim balı" adlı marka yaradılacaq
16:3528 Avq 2019
Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib ki, Almaniya Azərbaycanın 9 iqlim qurşağına uyğun bal ixrac etmək istəyir. Onun sözlərinə görə, Almaniyadan gələn iş adamları Azərbaycanda 9 tip iqlim balı adlı marka yaradılması istiqamətində iş aparır:
FED.az xəbər verir ki, “Azərbaycan 9 iqlim qurşağında yerləşdiyinə görə, hər iqlim qurşağına uyğun 9 tip bal ixrac etmək istəyirlər. Bu istiqamatdə danışıqlar davam edir”.
B.Həsrətov qeyd edib ki, Avropa ölkələri Azərbaycandan heyvan mənşəli qidaların idxalına qadağa qoyub: “Bu məhdudiyyət aradan götürülən kimi biz Avropaya bal ixrac edə biləcəyik. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş keçirmişik. Biz AQTA-dan Avropa ölkələri ilə Azərbaycandan heyvan mənşəli qidaların idxalına məhdudiyyətin aradan qaldırılması üçün danışıqlar aparmalarını xahiş etmişik".