2017-ci ilin yanvar ayında Azərbaycanda 252 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ayı ərzində 246 mln. manat məbləğində heyvandarlıq, 6 mln. manat məbləğində bitkiçik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,9 % artıb.
Bundan başqa, yanvar ayında respublikada 38,1 min ton ət (artım 3,4%), 150,2 min ton süd (artım 2%), 145,4 mln. ədəd yumurta (artım 2,9%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 33,2% artıb.