2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artıb.
Azərbaycanda ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alınıb
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, ümumi istehsal həcminin artımında əsas pay heyvandarlıq sahəsinin payına düşür.
Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib ki, bunun da 94,3 faizi (1510.1 milyon manat) heyvandarlıq sahəsinə, 5,7 faizi (91.5 milyon manat) bitkiçilik sahəsinə aiddir.