Azərbaycanda əkin sahələrində payızlıq taxıl bitkilərinin əkini aparılır.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2017-ci il yanvar ayının 1-nə kimi ölkədə 960 min hektar sahədə payızlıq bitkilər əkilib.
Belə ki, əkin aparılan sahənin 620 min hektarını buğda, 340 min hekatını isə arpa məhsulu təşkil edir.
Qeyd edək ki, regionlarda tarlalarda əkin prosesi hələ davam etdirilir.
Yaxın zamanlarda isə yazlıq əkinin aparılması nəzərdə tutulub.