Bu gün topdan satış mərkəzləri çəkisi 18 kq olan 1 yeşik bananın qiymətini 5 manat artıraraq 33 manatdan 38 manata yüksəldiblər. Nəticədə, pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxıb.
FED.az-ın məlumatına görə, qiymət daha çox Ekvadorun Dole markalı bananında baş verib. Bu markalı banan daha dadlı və vitaminli hesab edilir.
Xəbər verdiymiz kimi, Rusiyadakı pərakəndə ticarət şəbəkələri Ekvadordan edilən banan idxalında çətinliklərlə qarşılaşıb. Buna Ekvadorda məhsuldarlığın aşağı olması, idxalçıların pərakəndə satışa lazımi həcmdə tədarük edə bilməməsi və mövsümi yüksək tələbat səbəb olub. Eyni zamanda, hazırda Sankt-Peterburq limanında meyvə ilə yüklənmiş bir neçə gəmi boşaltma üçün dayana bilməməsi də banan çatışmazlığına səbəb olub.
Şirkət nümayəndələrinin dediyi kimi, vəziyyət bir neçə həftə ərzində yaxşılaşa bilər.