2016-cı il rəsmi olaraq “#TheYearOfVegan” vegeteryanlar ili adlandırılır və bu əsas qida tendensiyaları daha çox insanın heyvanmənşəli qida məhsullarından imtina edib nisbətən sağlam və ətraf mühitə ziyan vurmadan istehsal olunan qidalara üstünlük verməsində öz əksini tapır. Bu qida tendensiyaları qida sahəsində yeni eranın başlandığına dəlalət edir.
1) Dəniz yosunu
Artıq kələmdən deyil, dəniz yosunlarından istifadəyə daha çox üstünlük verilir. Kələm uzun illər çox məşhur idi, lakin indi bir çox insanlar superqida növünə olan yeni meyllə bağlı dəniz yosununa üstünlük verməyə başlamışlar. Dəniz yosunu nəinki ətraf mühit üçün faydalı və bərəkətlidir, eyni zamanda onun tərkibi liflər, antioksidləşdiricilər, yod və faydalı yağlar ilə zəngindir. Məhz bu tərkiblər həmin yosunları tibb və sağlamlıq dünyasının yeni təkrarolunmaz faydalı məhsullarından biri edir. Bir aparıcı restoran agentliyinin verdiyi məlumata istinadən dəniz yosunu məhz özünün davamlılıq bucağı və "yumami" müraciəti sayəsində böyük “partlayış” edəcəkdir.
2) Qida çatdırılması xidmətləri
Sevimli restoranlarınızdan qida sifariş etmək tendensiyası artıq keçmişdə qaldı. İndi 2016-cı ildə birbaşa olaraq baş aşpazlarla, məşhurlarla və ya brendlərlə işləyən vegeteryan yeməkləri hazırlayan və eksklüziv olaraq qida çatdırılması üzrə xidmətlər göstərən şirkətlərin xidmətlərinə müraciət edin. Məsələn, “Beyond Meat” (hərfi: “Ətdən Kənar”) şirkəti indi Chef’d və superulduz Beyoncé ilə əməkdaşlıq edir və 22 günlük qidalanma planı tərtib edir. Bu isə o deməkdir ki, sizin vegeteryansayağı qidalanmaqla bağlı məsələniz yüngülləşəcək, çünki artıq şirkət bu barədə düşünəcək və qapınıza bütün bu müddət ərzində vegeteryan qidası çatdıracaqdır.
3) Kök
Ovlanmış və ya “mənfəət” qazanmaq üçün öldürülmüş balıqların və digər heyvanların həyatlarının qayğısını qalarkən toksinlər riskindən və civə zəhərlənməsindən uzaq olmaq üçün dünyanın ən sadə tərəvəzindən, yəni kökdən istifadə edə bilərsiniz. Səhər qəlyanaltısında kökdən istifadə edə bilərsiniz və bu zaman sağlam qidaya üstünlük verən insan kimi tanınacaqsınız.
4) Fermentləşmiş qida
Bu il qıcqırmış, torpaq ətirli tamlar dəbdə olacaqdır. Bu yeni tendensiyanın istifadəçisi olmaqdan ötrü qəlyanaltı zamanı tofu qidasını kimçi ilə əvəz etməyə çalışın, bir şüşə təravətləndirici kombuça içkisindən zövq alın və ya miso pastasının ətrini öz yemək rasionunuza əlavə edin. Unutmayın ki, bu sizin həzm traktınızın sağlam qalması üçün önəmlidir.
5) Qızardılmış qida
Fri kartofları artıq hamımızın çox sevdiyi qızartma yemək növlərinə daxildir. Lakin baş aşpazlar artıq kulinariyanın şah əsərlərindən sayıla biləcək yeni qızardılmış qida növləri də hazırlamağa başlamışlar. Məsələn, bunlara şirin fri kartofları, qızardılmış banan, avakado və müasir kulinariyanın digər yenilikləri daxildir.
Bu sahədə olan imkanlar doğurdan da sonsuz və hədsizdir.
6) “Maca Powder” tozu
Orqanik Maki tozu artıq yeni və dəbli məhsullar sırasında öz yerini tutmuşdur. Bu məhsul kişi və qadınlarda potensiyanı (gücü) artırmaq üçün bir vasitə kimi istifadə olunur. 2016-cı ildə şirə və smuzilərin daha sağlam qida maddələri ilə zənginləşməsi üçün onlara bu Maki tozu əlavə edilməyə başlanmışdır, çünki bu məhsul protein, yod, kalsium və kaliumla zəngindir.
7) Qida mayası
“Nooch” adlanan qida mayaları inanılmaz xüsusiyyətlərə malik maddədir. Proteinlə zəngindir, bu qızılı dənəciklər yeməklərə, xüsusilə də kartof, pasta, pesto və hətta popkorn kimi qidalara bayağı pendir tamlı, xoşməzə bir dad verir
8) Cekfrut
2016-cı ikdə ümumən ekzotik meyvələr məşhur olacaqdır. O meyvələrin arasında xüsusi yer tutan meyvələr şahı cekfrut olacaqdır. Bu universal meyvə qızarmış donuz və ya “carnitas” tamı verən struktura malikdir. Bu meyvə ət məhsullarından vegeteryan tipli məhsullara adaptasiya olunmaq yolunda atıla biləcək bir addımdır. Çünki o, sırf vegeteryan mənşəli məhsuldur. Bazarlıq edərkən, cekfrut almağı unutmayın. Lakin sirop şəklində olan cekfrutu almayın, çünki onun tərkibində çoxlu şəkər olur. Yalnız su şəklində olan cekfrutu alın.
9) Akvafaba
Akvafaba paxla şirəsinin adıdır. Bu, bizim zibilə atdığımız və ya trapa axıtdığımız paxlalı konserv bankalarının içindəki paxla suyuna bənzər eyni tipli mayedir. Əsasən də lobya, noxud kimi paxlaları qaynadarkən alınan qatı su mayesidir. Siz heç bilirdinizmi ki, bu məhsul merenqanı çalmaq, məşhur fransız makarunilərini və ya sevimli dondurmamızı hazırlamaq üçün istifadə olunan möhtəşəm resursdur.
10) Yulaf yarması
Bu il bir çoxları tərəfindən sevilən yulaf yarması daha çox məşhurluq qazanacaq və daha çox istifadə olunacaqdır. Onun məşhurluğunun səbəbi isə asanlıqla ondan möhtəşəm və dadlı bir səhər yeməyi düzəltməyin mümkünlüyüdür. Sadəcə bir az yulaf götürün, istədiyiniz içliyi seçin və bir az veqan südündən götürüb bunları lazım olan temperaturda soyudun. Belə yeməklər həmçinin Instagram səhifələrində də geniş yer tutur.
11) ‘Zoodles’
Aşpazlar ənənəvi karbonatla zəngin ağır pastaları əvəz edə bilmək üçün kabak, qulançar, çuğundur və digər bu kimi tərəvəz spiralları üzərində eksperimentlər də aparırlar. Karbonatlı qida sevərlər bəlkə bu tendensiyanı o qədər də müsbət qarşılamasınlar, lakin əlbəttə ki, həmin spiralların istehsalçıları bunu böyük təntənə ilə salamlayırlar.
12) Zavodda düzəldilmiş donuz əti
Hamı amerikanların donuz ətinə qarşı nə dərəcədə həssas olduqlarını bilir. Lakin vegeteryanlar üçün bu məhsul münasib olmadığından Nyu-Yorkun bir çox restoranlarını donuz ətini öz rasionlarından çıxatmamaq üçün bir sıra metodlar düşünməyə başlamışdır və bundan sonra bir sıra üsullar meydana gəlmişdi. Məsələn, göbələk, kök və ya hətta kokosdan ibarət özünüzün xüsusi donuz əti sortunu yarada bilərsiniz. Ya da şəhər restoranlarında belə yenilikləri təklif edən menyulardan dada bilərsiniz.
13) Smuzi
Siz heç smuzi kasaları barədə eşitmisiniz? Bu smuzilər şəhərdə əmələ gələn yeni sağlam qida növlərindən biridir. Onlar ilkin olaraq dondurulmuş açaí və ya iri meyvələrin əzməsindən, soya və ya digər veqan südündən, bananlardan, digər meyvə dənəciklərindən və çoxlu sayda buzdan ibarət böyük piyalədə hazırlanan smuzilərdir. Həmin smuzilərin müxtəlif içliyi olur: qranola, çia toxumları, şokolad qırıntıları, kokos dənəcikləri və araxis (yer fındığı) yağı. Müxtəlifliyi görmək üçün yanınızdakı smuzi piyalələrinə də nəzər sala bilərsiniz.
14) Kök əsaslı nahar
“Quyruq-burun” tendensiyasının məntiqi, sağlam alternative hər bir qidanın qida dəyərini artıran məhsulun istifadəsinə yönəlir. Sadəcə düşünün: qrildə qızardılmış kök + qızarmış soyutma kök yarpaqları ilə və ya qızardılmış brokoli + buxarda hazırlanmış soyutma brokoli budaqları. Bu trendin yanaşması ondan ibarətdir ki, siz israfçılığa yol verməyəsiniz, mümkün olan hər bir şeydən istifadə edəsiniz və zibilə heç nə atmayasınız.
15) Veqan yumurtaları
Yumurta istehsalı geniş yayılmağa başlayır. Yumurtanın veqan variantları hazırda əvvəlkindən də çox hər yerdə məşhur olmağa başlamışdır.
16) Keşyu pendiri
Veqan pendirləri artıq bir neçə vaxtdır ki, mövcuddurlar. Onlar nəinki aparıcı yerlərdən birini tutan tendensiyaya çevrilmiş, eyni zamanda keşyu tamının əlavə edilməsi ilə də yeni, təkmilləşdirilmiş bir forma almışlar.
Bütün bu məşhur qida təamları və variantları 2016-cı ildə nəinki məşhur tendensiyaya çevrilmiş, o cümlədən böyük və aparıcı bir yer tutmuşlar. Vegeteryan həyat tərzi keçirən insanların sayının artması yeni bitkimənşəli həyat tərzinə keçməyə, bununla da heyvanların qorunması məsələsinə kömək etməyə və 2016-cı ilin #TheYearOfVegan, yəni vegeteryanlar ili adlandırılmasına təkan vermişdir.
Mənbə: www.peta.org