Bu ilin ilk 11 ayında Azərbaycana 478 milyon dollar dəyərində 16 min ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu məhsul qrupu üzrə idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,8 milyon dollar və ya 2,3%, miqdar ifadəsilə isə 2 min 820 ton, başqa sözlə 15,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 467,1 milyon dollar dəyərində 18,8 min ton əczaçılıq məhsulları gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal olunan əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 51 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 42 manat 24 qəpik idi. Bu da illik müqayisədə 8 manat 76 qəpik və ya 20,7% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi idxalın 2,26%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,49% olmuşdu.










