Bu ilin ilk 11 ayında Azərbaycana 433,1 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, geyim idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 49,4 milyon dollar, başqa sözlə 12,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 383,7 milyon dollar dəyərində geyim və ləvazimatları gətirilmişdi.
Bu il 11 ayında ümumi idxalın 2,04%-i geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə də bu göstərici 2,04% təşkil etmişdi.











