Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 17 iyul 2025-ci il tarixində saat 11:00-da xüsusi müsadirə olunmuş əmlakların növbəti açıq hərracı keçiriləcək.
20 min manatlıq “Land Cruiser” 31 minə, 15 min manatlıq “Audi A8” 22 minə satıldı - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, uzun müddət satılmadığı üçün artıq 5 dəfədən çox təkrar satışa çıxarılan bu əmlaklara 50%-dək endirim tətbiq olunacaq. İştirakçılar yalnız 10% beh məbləğini ödəməklə satışda iştirak edə biləcəklər.
Hərraca çıxarılan əmlaklar müxtəlif rayonları əhatə edir. Bakı şəhəri Xətai rayonu üzrə satışa təklif olunan əmlaklar arasında Samsung Galaxy A3 markalı, SM A320F modelli iki ədəd mobil telefon da yer alır. Bu telefonların hər biri cəmi 120 manat start qiyməti ilə hərraca çıxarılacaq və ilkin olaraq 12 manat beh tələb olunacaq.
Gədəbəy rayonunda isə Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən, “Köhnə bazar” adlanan ərazidə 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi təqdim olunur. Bu obyektin start qiyməti 10 000 manat, beh məbləği isə 1 000 manat təşkil edir.
Ən çox əmlak Goranboy rayonu üzrə satışa çıxarılıb. Burada Aşağı Ağcakənd qəsəbəsində yerləşən və sahəsi 0,03 ha ilə 0,1 ha arasında dəyişən müxtəlif torpaq sahələri təklif olunur. Qiymətlər torpağın sahəsinə uyğun olaraq 3 750 manatdan 11 000 manata qədər dəyişir.
Xızı rayonunda isə daha iri daşınmaz əmlaklar hərraca çıxarılıb. Qızılqazma kəndində yerləşən 150 kvadratmetrlik bağ evi 75 000 manat start qiyməti ilə satışa çıxarılır. Digər bir obyekt isə rayon mərkəzində – M.Müşviq küçəsində yerləşən 200 kvadratmetrlik fərdi yaşayış evidir. Bu əmlakın start qiyməti 80 000 manat təşkil edir.
17 iyul 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısı:
Sıra sayı |
Əmlakın adı |
Əmlakın yerləşdiyi ünvan |
Ölçü vahidi |
Miqdarı |
Əmlakın start qiyməti (manatla) |
10% beh (manatla) |
Qeyd |
Xətai rayonu |
|||||||
1 |
Samsung Galaxy A3 markalı, SM A320F modelli mobil telefon |
Hərracların Təşkili Mərkəzinin təyin etdiyi saxlanc yeri |
ədəd |
2 |
120 |
12 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Gədəbəy rayonu |
|||||||
1 |
Qeyri-yaşayış sahəsi |
Gədəbəy rayonu, Gədəbəy şəhəri S.Vurğun küçəsi, “Köhnə bazar” |
kvm |
70 |
10000 |
1000 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Goranboy rayonu |
|||||||
1 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0,1 |
11000 |
1100 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
2 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0,03 |
3750 |
375 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
3 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0,07 |
8050 |
805 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
4 |
Torpaq sahəsi |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi |
ha |
0,08 |
8000 |
800 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Xızı rayonu |
|||||||
1 |
Bağ evi |
Xızı rayonu, Qızılqazma kəndi |
kvm |
150 |
75000 |
7500 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
2 |
Fərdi yaşayış evi |
Xızı rayonu, M.Müşviq küçəsi 10 |
kvm |
200 |
80000 |
8000 |
5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır |
Beh ödəmək üçün hesab nömrəsi:
"Azər-Türk Bank" ASC, Kod 507699, VÖEN 9900006111,
Müxbir hesab: AZ02NABZ01350100000000022944, SWİFT AZRTAZ22
Vəsaiti alan: Hərracların Təşkili Mərkəzi PHŞ
İBAN nömrəsi: AZ74AZRT38090019440265368001 VÖEN 1505677031