Avqustun 5-də, saat 10:00-da İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Şəki rayonunun Daşüz kəndində yerləşən əmlak kompleksinin satışı ilə bağlı hərrac keçirəcək.
Əmlak rəsmiləşdirilməsində - YENİLİK
FED.az xəbər verir ki, bu müəssisə hazırda ƏMDX-nin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin tabeliyindədir.
Daşüz kəndindəki əmlak kompleksinin ümumi faydalı (yəni tikinti) sahəsi 14 900 kvadratmetrdir. Kompleksin yerləşdiyi torpaq sahəsi isə 86 min kvadratmetr, yəni təqribən 8,6 hektardır.
Əmlakın ilkin satış qiyməti 1 milyon manat müəyyən edilib.
Bunun 744 min manatı tikilinin, 256 min manatı isə torpağın qiymətidir. Hərracda iştirak etmək istəyənlər ilkin qiymətin 10 %-i və yaxud 100 min manat beh ödəməlidirlər. İştirakçı hərracda qalib gəlməsə, behi qaytarılacaq.
Hərrac Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında olacaq. Hərracda iştirak etmək hərracın başlanmasına ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Mərkəzi Bankında yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A (tel: 02424 4-26-10; mobil: 050 539 23 69)