Azərbaycanda elektron siqaretlər üçün maye və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə tətbiq edilən aksiz dərəcələri artırılır.
Eləcə də bax: Azərbaycanda bir neçə mala aksiz dərəcələri - Tətbiq Ediləcək
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata qaldırılacaq. (Apa)