İşlədiyim müəssisədə direktor dəyişikliyi olacaq. Bu zaman vergi orqanında qeydiyyat üçün yeni direktor müraciət etməlidir, yoxsa əvvəlki rəhbər?
Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına müvafiq ərizə, yeni rəhbərin təyin olunması barədə qərar və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Sənədlər vergi orqanına təqdim edildikdən sonra 5 iş günü müddətində dəyişiklik həyata keçirilir. Eyni zamanda dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni Asan İmza sertifikatı əldə edilməlidir.
Sorğuya cavab olaraq o da bildirilib ki, ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim olunmalıdır.
Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”