Təsisçisi olduğum müəssisə tərəfindən lizinq şirkətindən nəqliyyat vasitəsi lizinqə götürülüb, lakin maliyyə vəziyyəti ilə əlaqədar həmin nəqliyyat vasitəsi digər partnyor müəssisəyə təqdim edilib. 2024-cü ildə lizinq şirkəti və tərəflər yenidən müqavilə bağlamaqla lizinq müqaviləsini davam etdiriblər. Bu zaman vergitutma məqsədləri üçün lizinq əməliyyatları pozulurmu? Yeni müqavilə üzrə maliyyə lizinqi davam edirmi?
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 140-cı maddəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranmış münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.
Buna əsasən, lizinq şirkəti və tərəflər yenidən müqavilə bağlamaqla, lizinq alan maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.
Əsas: Vergi Məcəlləsinin 140.7-ci maddəsi