Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üçün aksiz dərəcəsi müəyyənləşib.
Eləcə də bax: Aksizli mallarla bağlı pozuntulara görə - cərimə məbləğləri - SİYAHI
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə müvafiq dəyişiklik edib.
Bu məhsulların 1000 ədədi üçün 14 manat aksiz dərəcəsi müəyyənləşib. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. (Apa)