Aksiz dərəcəsi ölkəyə gətirilən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları, 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması - TƏKLİF EDİLİR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Aksiz dərəcəsi birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilər üçün 1 ədəd üçün 0,25 manatdan 2 manata qaldırılıb.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.