Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Vergilər

  1. Ana səhifə
  2. Vergilər
  1. Vergilər

Daşınmaz əmlaka görə ödənilən - ƏDV Necə Geri Qaytarılacaq?

Daşınmaz əmlaka görə ödənilən - ƏDV Necə Geri Qaytarılacaq? | FED.az
14:10 27 May 2022

Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mənzillərə şamil ediləcək.

Eləcə də bax: Binalardan mənzili nağdsız alanlara ƏDV-nin hansı şərtlərlə geri qaytarılacağı - MƏLUM OLUB

FED.az xəbər verir ki, bu barədə vergi məsələləri üzrə ekspert Anar Bayramov məlumat verib.

ƏDV-nin qeri qaytarılması öhdəliyi Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.

Onun sözlərinə görə, yeni qayda ilə bağlı bəzi məsələlərin tənzimlənməsinə ehtiyac var.

“Mənzil MTK-dan alınmalıdır”

“Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu, MTK da ola bilər, hər hansı digər korporativ də", - A. Bayramov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idi: "Onların vergitutma mexanimzi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı.

2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olub. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma, məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Amma bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır".

Məsələn, mənzil ƏDV daxil 236 min manata satılıbsa, 36 min manat ƏDV məbləğinin 30 %-i, yəni 10 min 800 manat vətəndaşa geri qaytarılacaq.

"Digər tərəfdən, vətədaş mənzili 2021-ci ildə bina tikintisi ilə məşğul olanlara ƏDV-nin şamil edilməsindən sonra alıbsa, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydaların bu günlərdə qüvvəyə minməsinə baxmayaraq, o ödədiyi ƏDV-nin 30 %-ni geri ala biləcək", - ekspert əlavə edib.

“Ödəniş mütləq nağdsız olmalıdır”

Ekspert deyib ki, indiki qaydalarda vacib şərt odur ki, ödəniş mütləq nağdsız qaydada olmalı, yəni MTK-nın birbaşa bank hesabına yatırılmalıdır: “ƏDV isə ƏDV depozit hesabına ödənilməlidir. Lakin hazırda bununla bağlı qanunvericilikdə məsələ və texniki imkanlar yoxdur. Yəni, hansısa şirkətin bank hesabına ödəyə bilərsiniz, amma onun ƏDV-sini depozit hesabına ödəyə bilməzsiniz. ƏDV-ni ancaq köçürmə yolu ilə bankdan banka ödəmək mümkündür. Vətəndaşın bank hesabı olmadığı üçün hökumət burda yeni bir formul fikirləşəcək. Texniki imkanları aktivləşdirəcəklər ki, əsas məbləğ kimi ƏDV-ni MTK nın ƏDV depozit hesabına rahat ödənilsin və nəticədə həmin ƏDV-nin 30 %-ni vətəndaşa qaytarmaq mümkün olsun. Bu qaydaların qüvvəyə mindiyi günə qədər vətəndaşın ödənişi hansı formada etdiyinin fərqi yoxdur. Bu, nağd qaydada da ola bilər, şirkətin bank hesabına yatırmaqla da. Qaydalar qüvvəyə minəndən sonra isə ödənişlər mütləq şirkətin bank hesabına ƏDV depozit hesabına olunmalıdır. Artıq nağd ödəniş edilə bilməz. Yəni şirkətin rekvizitlərini alıb banka gedirsiniz və onun bank hesabına ödəniş edirsiniz. Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər tam və ya hissə-hissə edilir. Yalnız bütün ödəniş bağlandıqdan sonra ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Tutaq ki, 236 min manat ödənişin 190 min manatını ƏDV daxil ödəmisizsə, 236 min manat tam ödənilib qurtarandan sonra 36 min manatın 30 %-i sizə geri qaytarılır”.

“Bina tam tikilib təhvil verilməlidir”

A.Bayramov bildirib ki, ƏDV-ni geri almaq üçün ödənişi əvvəlcədən etmək kifayət etmir: ”Bəzən ucuz başa gəlsin deyə vətəndaşlar əvvəlcədən ödənişin tam və ya yarı hissəsini ödəyirlər. Ödənişin hamısının əvvəlcədən edilməsi hələ o demək deyil ki, sizə ödədiyiniz ƏDV geri qaytarılacaq. ƏDV-nin 30 %-nin geri qaytarılması üçün həm ödəniş tam olmalı, həm də bina tam tikilib vətəndaşa təhvil verilməlidir. Yəni, tutalım, ödəniş tam edilib, amma binanın tikintisi hələ dördüncü mərtəbədədirsə, vətəndaş ƏDV-ni geri tələb edə bilməz”.

O, hesab edir ki, yeni qaydalarla bağlı sual doğuran məsələlərdən biri də bu qaydaların ipoteka ilə satılan mənzillərə aid olub-olmaması barədədir: "Yeni tikili binalardan ipoteka yolu ilə mənzil alan zaman ödənişi mənzil sahibinə bank edir və alıcı da borcunu banka ödəyir. Düşünürəm ki, bu qaydalar ipoteka ilə satılan mənzillərə şamil olunmayacaq. Çünki burda bəzi nüanslar uyğunsuzluq təşkil edir”. (Report)

Banner
Banner
  • Daşınmaz əmlak
  • bina
  • tikinti
  • ƏDV
  • Geri Qaytarmaq
  • ekspert
  • Anar Bayramov
Paylaş

Digər xəbərlər

Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti - NECƏ TƏNZİMLƏNİR?
Vergilər 3 İyun 2023
Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti - NECƏ TƏNZİMLƏNİR?
Hibrid avtomobilin idxalı - ƏDV-YƏ CƏLB EDİLİRMİ?
Vergilər 3 İyun 2023
Hibrid avtomobilin idxalı - ƏDV-YƏ CƏLB EDİLİRMİ?
Dövlət Vergi Xidmətində aylıq maaşlar dəyişdirildi - YENİ QƏRAR
Vergilər 3 İyun 2023
Dövlət Vergi Xidmətində aylıq maaşlar dəyişdirildi - YENİ QƏRAR
Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu - 1.530 MİLYARD MANAT ARTIRILIB
Vergilər 2 İyun 2023
Vergi Xidməti vasitəsilə büdcə daxilolmaları proqnozu - 1.530 MİLYARD MANAT ARTIRILIB
Azərbaycanda ən çox hansı vergilərdə - YIĞIM PLANI ARTIRLDI? – SİYAHI, MƏBLƏĞLƏR
Vergilər 30 May 2023
Azərbaycanda ən çox hansı vergilərdə - YIĞIM PLANI ARTIRLDI? – SİYAHI, MƏBLƏĞLƏR
Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə - PROQNOZ ARTIRILIR
Azərbaycanda ƏDV üzrə proqnoz - 18%-DƏN ÇOX ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda ƏDV üzrə proqnoz - 18%-DƏN ÇOX ARTIRILIR
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergilər 30 May 2023
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə - PROQNOZ ARTIRILIR
Vergi Xidməti üçün plan  - 1,5 Milyard Manatdan Çox Artırılır
Vergilər 30 May 2023
Vergi Xidməti üçün plan - 1,5 Milyard Manatdan Çox Artırılır
Bu texnikalar və geyimlərin istehsalına - VERGİ VƏ GÖMRÜK GÜZƏŞTLƏRİ OLACAQ
Vergilər 30 May 2023
Bu texnikalar və geyimlərin istehsalına - VERGİ VƏ GÖMRÜK GÜZƏŞTLƏRİ OLACAQ
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
Vergilər 30 May 2023
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
Vergi Xidmətində investisiya şirkətləri ilə - GÖRÜŞ KEÇİRİLİB
Vergilər 30 May 2023
Vergi Xidmətində investisiya şirkətləri ilə - GÖRÜŞ KEÇİRİLİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Seabreeze Design" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
    21:49 3 İyun 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    21:47 3 İyun 2023
  • "Ceylan" MMC işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    21:44 3 İyun 2023
  • "ProMedia Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    21:37 3 İyun 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
    21:30 3 İyun 2023
  • "Azersun Holding" işçi axtarır - VAKANSİYA
    21:29 3 İyun 2023
  • "Ramco CJSC" işçi axtarır - MAAŞ 1684-2133 MANAT - VAKANSİYA
    21:24 3 İyun 2023
  • "Div Academy" işçi axtarır - MAAŞ 600 MANAT - VAKANSİYA
    21:21 3 İyun 2023
  • Satış üzrə mütəxəssis axtarır - MAAŞ 400-600 MANAT - VAKANSİYALAR
    21:15 3 İyun 2023
  • "SoftGile" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    21:13 3 İyun 2023
  • AccessBank yeni konseptli növbəti filialını - TƏQDİM ETDİ
    13:55 3 İyun 2023
  • "Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları" təsdiqlənib
    13:44 3 İyun 2023
  • Notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqlardan biri - LƏĞV EDİLİB
    13:22 3 İyun 2023
  • Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti - NECƏ TƏNZİMLƏNİR?
    13:17 3 İyun 2023
  • "Azər Türk Bank"dan zaminsiz və komissiyasız - İSTEHLAK KREDİTLƏRİ
    13:09 3 İyun 2023
  • FAO: Mayda ərzaq qiymətləri düşüb
    12:58 3 İyun 2023
  • Energetika Nazirliyi 2 Anlaşma Memorandumu imzalayıb - FOTO
    12:45 3 İyun 2023
  • Çimərlik mövsümü başlayır: Həftəiçi başqa, şənbə-bazar fərqli qiymət - SORĞU
    12:36 3 İyun 2023
  • “Expressbank” audit hesabatı: 14,5 milyon manat - XALİS MƏNFƏƏT
    12:31 3 İyun 2023
  • "Zeytun Pharmaceuticals" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    12:28 3 İyun 2023
  • Hibrid avtomobilin idxalı - ƏDV-YƏ CƏLB EDİLİRMİ?
    12:26 3 İyun 2023
  • "Aqrarkredit" QSC BOKT - TENDER ELAN EDİR
    12:22 3 İyun 2023
  • Nazirlər Kabineti ipoteka kreditləşməsi ilə bağlı qərarını - LƏĞV EDİB
    12:21 3 İyun 2023
  • "Azsığorta" ASC Binəqədi rayon İcra şöbəsini məhkəməyə verib
    12:15 3 İyun 2023
  • Azərbaycanda pensiyalar bu qayda ilə artacaq - AÇIQLAMA
    12:14 3 İyun 2023
  • Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:12 3 İyun 2023
  • "Oskar-Ar" MMC şirkətinə yarım milyon manatlıq sifariş
    12:08 3 İyun 2023
  • Dövlət Vergi Xidmətində aylıq maaşlar dəyişdirildi - YENİ QƏRAR
    12:04 3 İyun 2023
  • ABB-nin Əhmədli filialı - FƏALİYYƏTƏ BAŞLADI
    12:00 3 İyun 2023
  • Azərbaycan Gimnastika Federasiyası İctimai Birliyi - MƏHKƏMƏYƏ VERİLDİ
    11:57 3 İyun 2023
  • Təcili: XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırdı - GƏRGİNLİK
    11:57 3 İyun 2023
  • «Troni İnvestisiya Şirkəti» gəlir əldə etsə də - ZƏRƏRİ KƏSKİN ARTIB - HESABAT
    11:52 3 İyun 2023
  • Azərbaycanda un ucuzlaşıb - QİYMƏT
    11:49 3 İyun 2023
  • “Luxoil Company” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:48 3 İyun 2023
  • Qusar Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    11:38 3 İyun 2023
  • Tanınmış şirkətlərin adından - Saxta iş elanları göndərilir - XƏBƏRDARLIQ
    11:32 3 İyun 2023
  • Dövlət Məşğulluq Agentliyi - TENDER ELAN EDİR
    11:29 3 İyun 2023
  • 20 Yanvar və “Şamaxinka”da - REYDLƏRƏ BAŞLANILDI
    11:19 3 İyun 2023
  • Dövlət qurumu xeyli sayda noutbuk və digər kompüter qurğuları alır - TENDER ELANI
    11:14 3 İyun 2023
  • VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
    11:12 3 İyun 2023
  • Ermənilər Azərbaycan Ordusunun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcərdəki mövqelərini - ATƏŞƏ TUTDU
    11:03 3 İyun 2023
  • Milli Məclisin növbədənkənar iclası keçiriləcək - BAXILACAQ QANUNLAR - SİYAHI
    10:56 3 İyun 2023
  • Su, qaz, işıq şəbəkələrinə qanunsuz qoşulanlar - HƏBS OLUNACAQ - VİDEO
    10:50 3 İyun 2023
  • Kapital Bank-dan nağd pul kreditini illik - 10,9%-LƏ ƏLDƏ EDİN!
    10:40 3 İyun 2023
  • Risksiz təlim hesabı aç - Qazanmaq üçün təcrübə topla
    10:37 3 İyun 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    10:37 3 İyun 2023
  • Zakir İbrahimov Pakistanın - NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
    10:29 3 İyun 2023
  • Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı - VİDEO
    10:24 3 İyun 2023
  • "Azəralüminium"dan "Khazar Trading Company" şirkətinə 212 minlik sifariş - TENDER NƏTİCƏSİ
    10:18 3 İyun 2023
  • "Getir" elektron ticarət platforması "n11"i - SATIN ALDI
    10:10 3 İyun 2023
  • Azərbaycan nefti 2 %-ə yaxın bahalaşıb - SON QİYMƏT
    10:08 3 İyun 2023
  • Mərkəzi Bank - TENDER ELAN EDİR
    10:07 3 İyun 2023
  • SOCAR Macarıstanın şirkətinə 100 milyon kubmetr qaz satacaq - MÜQAVİLƏ İMZALANDI
    10:03 3 İyun 2023
  • "Gomas Auto" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:58 3 İyun 2023
  • Sumqayıtda asfalt örtüyünün təmirinə 1,6 milyon manat sərf olunacaq - TENDER NƏTİCƏSİ
    09:49 3 İyun 2023
  • "Elektrogas" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:42 3 İyun 2023
  • Geoloji Kəşfiyyat Agentliyi - TENDER ELAN EDİR
    09:35 3 İyun 2023
  • "Azərelektroterm" ASC-nin səhmdarlarının nəzərinə!
    09:25 3 İyun 2023
  • “City Construction" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:16 3 İyun 2023
  • Kliniki Tibbi Mərkəzin tenderi - LƏĞV OLUNDU
    09:05 3 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!