Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib.
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
FED.az DVX-yə istinadən məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 4 milyard 522,6 milyon manata çatıb.
Ödənilən vergilərin 67,9 %-i qeyri-neft-qaz sektorunun, 32,1 %-i isə neft-qaz sektorunun payına düşüb.