Azərbaycanda fevralın 1-nə ölkə üzrə uçotda olan 1 milyon 683 min vergi ödəyici var.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Bu ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,4 faiz artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 min təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz çoxdur.
2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 90 faizi yerli investisiyalı, 10 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 faizi elektron qaydada qeydiyyata alınıb.
2026-cı ilin yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,6 faiz təşkil edib.
2026-cı ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Fevral ayının 1-nə qeydiyyatda olan 137 min kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 faiz artıb.
Qetd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:
Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;
Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;
Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.











